TuranBankın aktivləri 460,3 mln. manat təşkil etmişdir

30 sentyabr 2015-ci ilin tarixinə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 65%, ilin əvvəlinə nisbətən isə 44% artaraq 460,3 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli isə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 21%, ilin əvvəlindən isə 17% artaraq 257,7 mln. manata çatmışdır.

30 sentyabr 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 71%, ilin əvvəlinə nisbətən isə 57% artaraq 225,9 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 24%, cari ilin əvvəli ilə müqayisədə isə 16,3% artaraq 83,9 mln. manat olmuşdur.

2015-ci ilin 30 sentyabr tarixinə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53 mln. manat təşkil etmişdir.

2015-ci ilin yanvar-sentyabr aylarının fəaliyyətinin nəticələrinə əsasən Bankın gəlirləri 26,6 mln. manat, xərcləri isə 26,1 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın mənfəəti 443 min manat olmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər