13 C
Baku
Tuesday, May 14, 2024

“Baku Steel Company” 2022-ci ildə ₼72 mln. xalis mənfəət əldə edib

Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (BSC) 2022-ci il üzrə maliyyə və digər əsas fəaliyyət göstəricilərini açıqlayıb.

Banker.az xəbər verir ki, BSC-nin konsolidasiya edilmiş maliyyə hesabatlarında aktivləri 2022-ci ildə, əvvəlki illə müqayisədə, 11% artaraq 262.7 milyon manata, kapitalı isə 82.3% artaraq 87.7 milyon manata çatıb.

BSC-nin 2022-ci il üzrə xalis mənfəəti, 2021-ci illə müqayisədə, 7.5% artaraq 71.6 milyon manata bərabər olub.

2022-ci il üzrə satışlar 30.5% artaraq 392.9 milyon manata (ƏDV-siz) çatıb. Xam polad istehsalı – pəstah 26.5%, armatur və polad məftil istehsalı isə 35.5% artıb. Boru istehsalı üzrə artım daha çox – 36.8%-ə bərabərdir. Şirkət tərəfindən 2022-ci ildə 362 min ton pəstah, 314 min ton armatur və polad məftil, 26 min ton boru istehsal edilib.

İstehsal və satışda artımın məntiqi nəticəsi olaraq, BSC-nin həm işçi sayı, həm də dövlət büdcəsinə ödənilmiş vergiləri də öz növbəsində artıb. İşçi sayı, ötən illə müqayisədə, 168 nəfər artaraq 2022-ci ilin sonuna 1902 nəfər təşkil edib.

Ötən il ərzində BSC-nin dövlət büdcəsinə 65.3 milyon manat vergi və sosial sığorta ödənişləri həyata keçirdib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər