Yaponiya hakimiyyəti yarımkeçiricilər və mikrosxemlərin istehsalı ilə bağlı yüksək texnologiyalı avadanlıq və hissələrin ixracına nəzarət tədbirlərini gücləndirib.
Bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlərə məruz qalan məhsulların siyahısına 23 maddə daxildir, o cümlədən ekspozisiya üçün avadanlıq, ultrabənövşəyi litoqrafiya və s. İndi belə məhsulların bəzi ölkələrə, o cümlədən Çinə ixracı üçün nazirlikdən xüsusi icazənin alınması tələb olunur.
Bununla belə, Yaponiyanın tədbirləri ABŞ, Koreya Respublikası, Tayvan kimi dost ölkələrə və regionlara aid deyil.
Nəşr qeyd edib ki, “Tokyo Electron” da daxil olmaqla 10-a yaxın Yapon şirkətinin ixrac məhdudiyyətlərindən təsirlənəcəyi gözlənilir. Bununla belə, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi hesab edir ki, biznesə təsir məhdud olacaq, çünki bu, tam embarqo deyil, yalnız qabaqcıl yarımkeçiricilərlə əlaqəli məhsulların məhdud siyahısıdır.