10 C
Baku
Tuesday, November 26, 2024

Bu il cinayət işləri üzrə 60 mln. manat ödətdirilib

2023-cü ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib.

Bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

Qeyd edilib ki, respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40.2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40.4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunub, 4 milyon 368 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər