Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Görüşün Rusiya ilə KXDR arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi vurğulanır. Şoyqunun Kim Çen Ina Rusiya prezidenti Vladimir Putindən şəxsi müraciət göndərdiyi də bildirilir.