8 C
Baku
Friday, December 13, 2024

Küveytin Milli Neft Korporasiyası son 10 ildə rekord xalis mənfəət əldə edib

Küveytin Milli Neft Korporasiyası (Kuwait Petroleum Corporation, KPC) martın 31-də başa çatan 2022-2023-cü maliyyə ilinin sonunda son 10 ildə ən böyük xalis mənfəəti – 8.5 milyard dollardan çox əldə edib.

Bu barədə korporasiyanın baş direktoru Şeyx Navaf Səud əl-Sabah bildirib.

Onun sözlərinə görə, milli səviyyədə neft emalı gücləri hesabat dövründə 50% artaraq sutkada 800 min bareldən 1.2 milyon barelə yüksəlib.

“Biz ümid edirik ki, cari maliyyə ilinin bu rübündə “Az-Zur” neft emalı zavodu tam istifadəyə verildikdə, bu həcmi 1.4 milyon barelə çatdıracağıq. Bu ilin sonuna qədər Omandakı Ad-Dukm neft emalı zavodunun kommersiya fəaliyyətinə başlaması planlaşdırılır. Beləliklə, korporasiyanın Omandakı, eləcə də Vyetnam və İtaliyadakı obyektlərində emal gücü 600 min tondan çox artacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər