BP qlobal neft və qaz qiymətlərinin yüksək volatillik vəziyyətində qalacağını gözləyir

Böyük Britaniyanın BP şirkəti yaxın aylarda neft və qaz qiymətlərinin tarixi yüksək dəyişkənlik vəziyyətində (volatil) qalacağını gözləyir.

Bunu BP-nin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) bildirib.

O, regional qaz ehtiyatlarının hazırda mövsümi səviyyədən yüksək olmasına baxmayaraq, Rusiya-Ukrayna münaqişəsi sonunda 20% azaldıqdan sonra bu qış Avropanın təbii qaza tələbatının bərpası ehtimalına xüsusi işarə edib.

Bernard Luninin sözlərinə görə, çox güman ki, qlobal neft qiymətləri artan tələb, “OPEC+” razılaçması çərçivəsində (Azərbaycanın iştirakçısı olduğu OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nizam-intizamının artması və qısa və ortamüddətli perspektivdə ABŞ-da hasilat artımının yavaşlaması ilə dəstəklənəcək.

Bundan əlavə, BP-nin rəhbəri gündəlik qlobal neft tələbatının bu il 2 mln. bareldən çox, gələn il isə 1 mln. bareldən çox artacağını gözlədiyini söyləyib.

Qeyd edək ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər