10 C
Baku
Tuesday, November 26, 2024

Türkiyədə inflyasiya “dalğası” geri qayıtdı

Türkiyədə illik inflyasiya iyul ayında gözlənilmədən  artaraq 47.83% təşkil edib.

Banker.az bunu Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.

Halbuki, iqtisadçılar konsensus olaraq, iyulda illik inflyasiyanın 47.30%-ə qalxacağını proqnoz edirdilər.

2023-cü ilin iyununda bu rəqəm 38.21% idi.

Aylıq inflyasiya isə iyunda 3.92% olduğu halda, iyulda gözlənilmədən 9.49%-ə yüksəlib. İqtisadçılar bu iyul üçün 9.10% gözləyirdilər.

Türkiyə Rəcəb Teyyub Ərdoğan mayda yenidən prezident seçildikdən sonra ölkədə maliyyə sabitliyinin təmin edilməsi yolunda bu sahə üzrə məsul şəxsləri dəyişib. Ölkənin maliyyə naziri və Mərkəzi Bankının rəhbəri dəyişib.

Yeni rəhbərlik hazırda yüksək inflyasiya ilə mübarizə yolunda faizləri ənənəvi olaraq qaldırılmasını üstün tutur. İyun iclasında uçot faiz dərəcəsi 8.5%-dən 15%-ə, iyulda isə 15%-dən 17.5%-ə qaldırılıb.

Bununla belə milli valyuta dəyər itkisini əvvəlki illərdəki davam etdirib. Lirə ABŞ dollarına qarşı ilin əvvəlindən 44% dəyər itirib və 26.98 səviyyəsinə qədər ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər