“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” təşkilati-hüquqi formasını dəyişib.
Banker.az xəbər verir ki, “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.
Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınmış “Azərbaycan Mikro-Kredit BOKT” 1.722 min manat nizamnamə kapitalına malikdir.