9 C
Baku
Thursday, December 12, 2024

Ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb

Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Banker.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.

Polis Bölməsində aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.

Son xəbərlər
Digər xəbərlər