9 C
Baku
Tuesday, December 24, 2024

Maliyyə Nazirliyi 2023-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozlarını yaxşılaşdırıb

OPEC+ ölkələrinin qərarı 2023-cü ilin əvvəlində müşahidə olunan enerji daşıyıcılarının qiymətinin ucuzlaşması tendensiyasının bahalaşma ilə əvəz olunmasına imkan yaradacaq.

Beynəlxalq maliyyə institutları və agentlikləri Brent markalı neftin orta illik qiymətinin təqribən 75-80 dollar olacağını proqnozlaşdırır.

Nazirlik həmçinin, Azərbaycanın xam neftinin bir barelinin orta illik ixrac qiymətinin bahalaşaraq 50 dollardan 60 dollara qalxdığını qeyd edir. Bundan başqa, İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü il üzrə dövlət büdcəsinin layihəsi hazırlanarkən ÜDM 106 milyard manat dəyərində, qeyri-neft-qaz sahəsində ÜDM 73,3 milyard manat, real artım sürətləri isə müvafiq olaraq 2,7 və 4,5 faizlə müəyyən edilib. Beləliklə, 2023-cü ilin birinci rübünün yekunlarını nəzərə aldıqda fiskal fəaliyyət və əmtəə bazarlarının konyunkturası makroiqtisadi proqnozlara düzəliş edilməsini şərtləndirib.

2023-cü ilin yekunlarına görə, Azərbaycanın ÜDM-nin 111,6 milyard manat (5,6 milyard manat çox) səviyyəsində olacağı, o cümlədən qeyri-neft-qaz sahəsində ÜDM-in real ifadədə 77,7 milyard manat (4,4 milyard manat) olacağı gözlənilir.

Qeyri-neft-qaz sahəsində isə, real ÜDM-in artım sürətinə dair proqnoz 4,5 faizdən 4,9 faizədək artırılıb. Real ÜDM 1,8 faiz olmaqla nominal ifadədə 111,6 milyard manatadək, qeyri-neft-qaz sektorunda ÜDM isə 77,7 miıyard manatadək artacaq.

Son xəbərlər
Digər xəbərlər