12 C
Baku
Saturday, November 23, 2024

Avropada təbii qazın qiyməti 350 dolları ötüb

17:00

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarını ötüb.

9 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 431.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (353.3 dollar) ilə müqayisədə 22.2% çoxdur.

***

10:39

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 350 ABŞ dollarını ötüb.

8 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 351.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (346.8 dollar) ilə müqayisədə 1.4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər