Türkiyə Silahlı Qüvvələrinin ən güclü silahlarından biri kimi tanınan HİSAR-U raketinin bu həftə 850 kilometrlik sahədə sınaqdan keçirilməsi gözlənilir.
Türkiyə müdafiə sənayesində kritik addımlar atmağa davam edir.
Sınaqlar Qara dənizdə, 850 kilometrlik ərazidə həyata keçiriləcək. Türkiyənin müdafiə sənayesindəki kritik addımlarından biri olaraq qiymətləndirilən HİSAR-U sayəsində hava sərhədləri yerli və milli resurslarla istehsal edilən texnologiyalarla qorunacaq.
ASELSAN və ROKETSAN-ın əməkdaşlığı ilə istehsal edilən HİSAR-U raketinin bu həftə Qara dənizdə sınaqdan keçirilməsi gözlənilir.