10 C
Baku
Friday, December 13, 2024

EIA Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb – Bu, nə deməkdir?

Azərbaycan 2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min və 2024-cü ildə isə 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – August 2023” hesabatına istinadən xəbər verir. Bu il üçün Azərbaycanın neft hasilatı üzrə proqnozunu martla müqayisə etsək bir qədər azaldıb.

EIA hesabatında qeyd edir ki, cari ilin son iki rübünü Azərbaycan hasilatı müvafiq olaraq gündəlik ortalama 640 min və 650 min barel neft hasil edəcək. 2023-cü ilin martında isə bildirmişdi ki, son iki rübü ölkədə hasilat 650 və 670 min barrel-gündəlik təşkil edəcək.

Azərbaycanın xariclə ticarətində əsas ixrac neft-qaz məhsullarının üzərinə düşür. 2023-cü ilin ilk yarısında Azərbaycan xaricə $7.8 mlrd.-lıq xam neft ixrac edib.

Bununla bağlı yaxın zamanlarda operator “BP Azerbaijan” da açıqlamasından sonra məlum olub ki, hasilat azalıb. Bu əslində gözlənilən idi. Dövlət Büdcəsi ilə bağlı rəydə də azalma ilə bağlı qeydlər var idi. Cari ilin ilk 6 ayında neft istehsalında əsas təchizat yatağı olan Azəri-Çıraq-Günəşli yatağından gündə orta hesabla 375 min barel neft çıxarılıb. Bu 2022-ci ilin eyni dövründə 424 min ton xam neft hasil edilmişdi. İllik müqayisə üçün AÇG-dən çıxarılan neftin həcmi illik 12% azdır.

AÇG həm də ölkənin suveren fondunun gəlirlərində mühüm rola malikdir. Dövlət Neft Fonduna daxil olan gəlirlər ilin yanvar-avqust ayları ərzində 4 milyard 158 milyon ABŞ dolları olub. Bu 2022-cü ilin müvafiq dövründə 5 mlrd. 683 mln. dollar idi. Beləliklə, AŞG-dən daxil olan gəlirlər 1 mlrd. 525 mln. dollar və ya 27 faiz azalıb.

EIA-nın 2023-cü ilin ilk iki rübü ilə bağlı hasilat proqnozu isə 650 min və 620 min barrel-gündəlik idi.

 

Son xəbərlər
Digər xəbərlər