“Rabitəbank” ASC-də Biznes Bankçılığı Departamentinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
Məhəddin Muradov “Rabitəbank” ASC-nin Biznes Bankçılığı Departamentində direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Məhəddin Muradov İqtisad Universitetində Menecment ixtisası üzrə təhsil alıb. M. Məhəddin daha öncə Rabitəbankın Biznes Bankçılığı Departamentində şöbə rəisi vəzifəsində fəaliyyət göstərib.
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.