“Telegram” messenceri 10 illik yubileyi günündə “Hekayələr” funksiyasını bütün istifadəçilər üçün açıq edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Xatırladaq ki, əvvəllər bu funksiya yalnız “Telegram Premium” istifadəçiləri üçün olub.
Sosial şəbəkənin sahibi Pavel Durov bildirib ki, on il ərzində messencer 800 milyondan çox istifadəçi cəlb edə bilib. Onun sözlərinə görə, növbəti addım “mesajlaşmadan kənara çıxmaq və bütövlükdə sosial media innovasiyalarına rəhbərlik etməkdir”.