Türkiyə Qazaxıstanda gəmiqayırma zavodu tikir.
Türkiyə Qazaxıstanın hərbi liman ehtiyaclarını qarşılayacaq mühüm layihəni həyata keçirməyə hazırlaşır. Xəzər dənizində iki türk şirkətinin iştirak etdiyi layihə çərçivəsində birinci mərhələdə gəmiqayırma zavodu ilə başlayacaq, daha sonra limanın tikilməsi ilə bağlı işlər aparılacaq. Geosiyasi tarazlıqlar baxımından əhəmiyyətli olan layihənin bu ilin sonunda, 2024-cü ilin əvvəlində başlanması gözlənilir.
Sözügedən limanın açılması və Türkiyənin buradakı fəal rolu iki ölkənin ixracına, daha sonra isə regional ticarətə öz töhfəsini verəcək. Türkiyənin illərdir Azərbaycanla saxladığı enerji və ticarət bazaları bundan sonra Qazaxıstanla da davam edəcək.
“IDEF 23” Sərgisində Türkiyədən “ASFAT” və “YDA Group”, Qazaxıstandan isə dövlət şirkəti “Uralsk” Zavodu “Zenit” ASC arasında işlərə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Qazaxıstan donanmasının və iqtisadiyyatının ehtiyacları üçün gəmiqayırma zavodunda müxtəlif hərbi-ticarət dəniz nəqliyyat vasitələrindən tutmuş əsas yerüstü döyüş gəmilərinə qədər bir çox platformanın layihələndirilməsi və inşası fəaliyyətləri həyata keçiriləcək.
Türkiyənin dost və müttəfiq ölkələrlə işləmə prinsipi çərçivəsində Qazaxıstanın bir çox hərbi və ticarət ehtiyaclarını qarşılamaq üçün inşa edilməsi planlaşdırılan zavodda, hərbi gəmilərin və hərbi katerlərin iştirak etməsi planlaşdırılır. Eyni məqsədlə növbəti illərdə gəmiqayırma zavodu limana qədər genişləndiriləcək. İki ölkə arasında lazımi prosedurlar tənzimləndikdən sonra layihənin bu ilin sonu, 2024-cü ilin əvvəlində başlanması gözlənilir.