Co Baydenin Ağ Evin rəhbəri olduğu müddətdə ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği 43,7 milyard dolları ötüb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatlarına istinadən xəbər verilir.
ABŞ Bayden administrasiyası başlayandan bəri Ukraynaya 43,7 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb.
Göstərilən məbləğə bazar ertəsi Pentaqon tərəfindən elan edilən Kiyev üçün yeni 200 milyon dollarlıq yardım paketi daxildir . Buraya Patriot zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları və tanklar, həmçinin müxtəlif növ tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxildir.
Avqustun 14-də edilən açıqlamada Amerikanın Ukraynaya yeni yardım paketinə Patriot və HIMARS üçün mərmilər daxil olduğu məlum olub. Bu tranş 200 milyon dollar dəyərində qiymətləndirilir. ABŞ Ukraynaya ABŞ Müdafiə Nazirliyinin uçot səhvindən qalan vəsait hesabına əlavə maliyyə dəstəyi verib .