2023-cü il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 249.5 min nəfər olmuş, onların 33.8 faizini qadınlar təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 409 manat olub.
Ölkədə ən çox işsiz şəxslər Bakı (44 501 nəfər), Qarabağ iqtisadi rayonu (29 728 nəfər), Şəki-Zaqatala iqtisadi rayonu (22 021 nəfər), Lənkəran-Astara iqtisadi rayonundadır (19 621 nəfər)
Ən az işsiz isə cəmi 112 nəfər olmaqla Naxçıvan şəhərində, 106 nəfər Babək rayonunda, 55 nəfər Culfa rayonunda, Ordubadda 47 nəfər, 39 nəfər olmaqla Sədərək rayonunda, 34 nəfər Şahbuz rayonundadır.