Amerikanın ödəmə xidməti “PayPal”ın yeni baş direktoru və prezidenti Aleks Kriss olacaq. Bundan əvvəl o, maliyyə proqram təminatı tərtibatçısı olan “Intuit”in kiçik biznes bölməsinə rəhbərlik edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Cənab Kriss sentyabrın sonunda “PayPal”ın hazırkı baş direktoru Den Şulmanı əvəz edəcək.
Baş direktorun dəyişməsi sürpriz olmayıb – hələ fevral ayında cənab Şulman ilin sonuna qədər vəzifəsini tərk etmək niyyətində olduğunu bildirmişdi. Eyni zamanda bu vəzifəyə namizəd axtarışına başlanılıb. Dan Şulman “PayPal”a 2015-ci ildən bəri rəhbərlik edir.