10 C
Baku
Tuesday, November 26, 2024

Mirzoyan Qarabağla bağlı ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, A.Mirzoyan BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat vermişdi ki, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər