Ukraynada hərbi vəziyyət dövründə kişilərin xaricə getməsinə nəzarət gücləndiriləcək.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko jurnalistlərə açıqlaması zamanı bildirib.
Demçenko vurğulayıb ki, kifayət qədər böyük sayda ukraynalı saxta sənədlərlə sərhədi keçməyə çalışır.
Qeyd edək ki, Ukraynada yaşı 18-dən 60-a qədər olan kişilərin hərbi vəziyyət dövründə ölkədən çıxması qadağandır.