2 oktyabr 2023-cü il saat 11.00-da “Bakı yoltikintiservis” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Maliyyə vəziyyətinin təhlil edilməsi.
2. Əmlakın bir hissəsinin satışının həyata keçirilməsi.
3. Mülki məcəllədə nəzərdə tutulan bəzi məsələlərin həlli.
Ünvan- Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı -Binəqədi şosesi 11.-dir.
Qeyd edək ki, “Bakı yoltikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir.