®Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın “Biznes fəsli” adlı yay kampaniyası davam edir.
Belə ki, “PAŞA Bank” kiçik və orta bizneslərə əhatəli bank xidmətlərinin təqdim olunmasına yönəlmiş “Sahibkar 360” layihəsi çərçivəsində növbəti kampaniyanı müştərilərə təqdim edib.
Bu kampaniyaya əsasən sentyabr ayının 30-dək onlayn biznes kreditini əldə etmək üçün müraciət edən müştərilərə “Umico” və ya “Azpetrol”dan hədiyyə kartları təklif olunacaq.
Hədiyyə kartları müştəriyə verilən kreditin dəyərindən asılı olaraq 200 AZN məbləğinədək təyin ediləcək. Bu kartlardan “Umico” partnyor şəbəkəsində və ya “Azpetrol” yanacaqdoldurma məntəqələrində istifadə etmək mümkün olacaq.
Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil olun: https://pshb.az/onlaynbizneskrediti-hediyyefesli