“Threads” sosial şəbəkəsi bu həftə tətbiqin veb-versiyasını təqdim edəcək, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“WSJ” mənbələri iddia edir ki, veb-versiyanı işə salmaq planı yekun deyil və onun icrası təxirə salına bilər. Bundan əvvəl “Instagram”ın (“Meta”ya məxsus) rəhbəri Adam Mosseri bildirmişdi ki, şirkət bir neçə həftədir ki, veb-versiyanı sınaqdan keçirir.
Bundan əvvəl “Threads” bir neçə yeni funksiya elan etmişdi. Sosial şəbəkəyə istifadəçinin bəyəndiyi postlara yenidən baxmaq imkanı əlavə edilib.