10 C
Baku
Friday, December 13, 2024

İran Ermənistana investisiyaların həcminə görə Rusiyadan sonra ikinci ölkə olub

2023-cü ilin birinci yarısında Ermənistanda İran kapitalı ilə 300-ə yaxın şirkət və müəssisə açılıb. Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İrəvanda keçirilən “İranın azad iqtisadi zonaları” sərgisi çərçivəsində jurnalistlərlə bildirib.

O əlavə edib ki, İran Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşuna görə Rusiyadan sonra ikinci yerdədir.

“Biz ticarət dövriyyəsini iki dövlət başçıları tərəfindən müəyyən edilmiş səviyyəyə çatdırmaq üçün yeni imkanlar tapmalıyıq”, – Kerobyan söyləyib.

Nazirin proqnozlarına görə, bu il ölkələr arasında ticarət dövriyyəsi 800 milyon dollara çata bilər, lakin bu rəqəm Ermənistan və İran liderlərinin təyin etdiyi 3 milyard dollarlıq hədəfdən bir neçə dəfə az olduğu üçün qənaətbəxş hesab edilə bilməz.

Onun sözlərinə görə, azad ticarət zonası çərçivəsində əməkdaşlıq yeni stimul  ola bilər.

 

Son xəbərlər
Digər xəbərlər