Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər.
Banker.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma pavilyonda yaradılan şərait barədə məlumat verilib.
Həmçinin bildirilib ki, Studiyanın tərkibində “Hochaz Hotel” və “Hochaz Kafe” də fəaliyyət göstərəcək.