Şimali Koreya hakimiyyəti COVID-19 ilə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar xaricdə yaşayan vətəndaşlarının ölkəyə qayıtmasına qoyulan qadağanı ləğv edib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Şimali Koreyanın Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahın yaydığı bəyanatda deyilir: “Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki ölkə vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”.
Xəbərdarlıq edilib ki, qayıdanlar bir həftə tibbi müşahidə üçün təcrid olunacaqlar.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkənin sərhədləri üç ildən çoxdur bağlıdır.