Bu il 41 yeni dövlət standartı qəbul edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 41 yeni dövlət standartı qəbul edilib, 30 dövlət standartı ləğv edilib və 654 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının müvəqqəti tətbiqinə icazə verilib.