2015-ci ilin 10 ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 826 744 müqavilə qeydiyyata alınıb.
Sığorta Bürosundan verilən məlumata görə, bunların 145 726-ı xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat təşkil edib.
2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6 faiz, sığorta haqlarının məbləğində isə 10 faiz artım müşahidə edilib.