14 C
Baku
Saturday, November 23, 2024

Akif Çovdarovun əmlakları ilə bağlı qərar qəbul edilib

Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Apellyasiya Məhkəməsində yeni qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi keçirilən bu gün keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.

Qeyd edək ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər