Türkiyə cari ilin yanvar-avqust aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23.8 faiz artıraraq 168.5 milyon dollara çatdırıb.
Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqust ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 32.3 faiz artıraraq 20.7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 10.6 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 1.4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11.9 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 16.1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.