3 C
Baku
Saturday, December 14, 2024

“Moody’s”: “SOCAR-ın öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaiti var”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-2024-cü illərdə ödəməyi planlaşdırdığı borc öhdəliklərinin həcmi 11,2 milyard manat təşkil edir.

Bu barədə “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

“Şirkətin likvidliyi yaxşılaşıb və 2022-ci ilin sonuna olan 12,5 milyard manat məbləğində qalıq pul vəsaitləri, eləcə də 2023-2024-cü illərdə gözlənilən 4-5 milyard manata yaxın pul vəsaitlərinin generasiyası hesabına bu borcun ödənilməsi üçün kifayət edəcək”, – agentlik bildirib.

Hesabata görə, SOCAR-ın kredit dəstəyi 2021-ci ildəki 3,4x, 2017-2020-ci illərdə isə orta hesabla 4,9x səviyyəsindən 2022-ci ildə 1,5x-dək azalıb və ehtimal ki, növbəti iki il ərzində də bu səviyyədə qalacaq.

“Moody’s” tərəfindən tənzimlənmiş EBIT/faiz xərcləri 2021-ci ildəki 3,7x, 2020-ci ildə 0,8x və 2017-2019-cu illərdə təxminən 3,0x-dən 2022-ci ildə 7,6x-ə yüksəlib. “Moody’s” 2023-2024-cü illərdə faiz ödəmələrinin 5.0x-6.0x səviyyəsində sabit qalacağını gözləyir.

“SOCAR-ın kredit keyfiyyəti onun Azərbaycanın neft-qaz sektorundakı əsas rolunu və milli iqtisadiyyat üçün əhəmiyyətini, davamlı karbohidrogen hasilatı və Azərbaycan hökuməti ilə sıx əlaqələrini əks etdirir. Azərbaycan hökumətinin kifayət qədər böyük ehtiyatları var və ehtiyac yarandıqda şirkətə maliyyə dəstəyi verə bilər”, – hesabatda deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər