“Toyota” şirkəti yeni “Century” krossoverini təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Yenilik hələki yalnız Yaponiya bazarında mövcuddur, TNGA-K platforması üzərində qurulub və 5205х1990х1805 mm ölçülərinə malikdir.

“Toyota Century” krossoveri ayda 30-dan çox olmayaraq istehsal ediləcək. Yenilik yapon brendinin çeşidində ən bahalı model olacaq. Lüks sayılan bu avtomobilin qiyməti 25 milyon yendən başlayacaq.















