13 C
Baku
Friday, May 10, 2024

Putin prezident seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirməyib

Rusiya Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində namizəd olub-olmayacağına aydınlıq gətirməyib.

Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında moderator “Növbəti prezident seçkilərinə 6 ay müddət qalıb, namizədliyinizi irəli sürməyi düşünürsünüzmü?“ sualına Putin belə cavab verib:

“Bizin qanunvericiliyimizə görə, prezident seçkilərinin keçirilməsi barədə qərarı parlament ilin sonunda qəbul etməlidir. Qərar qəbul ediləndə, seçkilər və onun tarixi elan olunanda bu barədə danışarıq”, – deyə Putin bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər