13 C
Baku
Saturday, November 23, 2024

Son 4 ildə əmək müqavilələrinin sayı 350 mindən çox artıb

Azərbaycanda 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsi hesabında yazıb.

“Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38.5 %-dən 49.7 %-ə çatıb”, – deyə nazir qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər