İran 20 gün ərzində ölkənin cənubunda 450 km-dən çox neft kəmərini istifadəyə verəcək .Ümumi uzunluğu 1500 kilometr olan kəmərin qalan hissələrinin tikintisi iki-üç ilə başa çatdırılacaqdır.
“Unikal” xəbər verir ki, İranın neft naziri Cavad Oudji bildirib.
Onun sözlərinə görə, İranın cənubundakı Hörmüzqan əyalətindən ölkənin cənub-qərbindəki Kirman əyalətinin cənub hissəsinə uzanan 460 kilometr uzunluğunda neft məhsullarının nəqli üçün nəzərdə tutulan Tabeş boru kəmərinin birinci mərhələsi 20 gün ərzində açılacaq.
Nazir onu da qeyd edib ki, birinci mərhələnin açılması yollarda neft məhsulları daşıyan tankerlərin sayını təxminən 2 min azaldacaq. Boru kəməri Kirmanın cənubundan İranın şimal-şərqindəki Rəzəvi Xorasan və Şimali Xorasan əyalətlərinə qədər uzanacaq. Nazirin sözlərinə görə, ümumi uzunluğu 1500 kilometr olan kəmərin qalan hissələrinin tikintisi iki-üç ilə başa çatdırılacaq.