NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşüb.
Bu barədə NATO Baş katibi “X” hesabında paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Nyu Yorkda görüşməkdən məmnunam. Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyənin Qara dəniz taxıl müqaviləsini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq”, Stoltenberq paylaşımında bildirib.