19 C
Baku
Sunday, October 6, 2024

ADB: Azərbaycanda neft hasilatı düşür, təbii qaz yüksəlir

Azərbaycanda neft hasilatının azalması davam edib.

Banker.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı 2024-cü il üzrə hesabatında bildirir.

Bildirili ki, ölkənin karbohidrogenlər üzrə hasilat 2022-ci ilin ilk 7 ayında artımı 6.2% olduğu halda, cari ilin eyni dövründə bu rəqəm bir 0.7%-ə düşüb.

Hesabatda qeyd edilir ki, ölkədə neft hasilatının 7.7% azalması və qaz hasilatının 3.3% artmasına baxmayaraq, mədənçıxarma ümumilikdə 0.8% artım göstərib.

Bununla belə, ölkədə istehsal 11.2% artıb ki, bu da neft-kimya və qida emalı sahələrindəki artımları əks etdirir.

Daha yüksək investisiyalar tikintidə artımı 2022-ci ilin ilk 7 ayında 8.7%-dən 13.2%-ə yüksəldib.

Əsasən heyvandarlıq hesabına kənd təsərrüfatında artım dəyişməyərək 3.3% təşkil edib.

Nəqliyyatda 10.5%-lik azalma yüksək turist axınından gələn 28.4%-lik mehmanxana qazancının böyük hissəsini kompensasiya etdiyi üçün xidmətlərdə artım 10.6%-dən 1.6%-ə qədər əhəmiyyətli dərəcədə yavaşlayıb.

Son xəbərlər
Digər xəbərlər