Dövlət Gömrük Komitəsi (DGK) üzrə büdcə daxilolmaları proqnoza görə ÜDM-in 5%-i həcmində olmaqla 5900 milyon manat nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Qeyd edək ki, bu göstərici 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3%, 2022-ci ilin faktı ilə müqayisədə 245.4 milyon manat və ya 4.3% çoxdur.