“Akkord”a daxil olan törəmə şirkətin rəhbəri dəyişdirilib.
Banker.az xəbər verir ki, Şamil Cəfərzadə Kamil oğlu “Akkord Hydrotechnical Construction Company” MMC-nin baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə Tural Səmədov Avtandil oğlunu əvəz edib.
Xatırladaq ki, “Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə yaradılıb, şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.