BOKT “Falcon Finance” MMC 2023-cü ilin birinci yarısında 458 min manatlıq faiz gəlirinə qarşı 107 min manat xalis mənfəət əldə edib.
Bu barədə Banker.az BOKT-nin hesabatına istinad edir.
Bildirilir ki, BOKT-nin aktivlərinin həcmi son 6 ayda 3 milyon 425.7 min manatdan 5 milyon 495 min manata yüksəlib və bu da 60 faiz artımdır. Bunun da 5 milyon 340 min manatı müştərilərə verilən kreditlərdir.
Kredit portfelindəki kəskin artım təsadüfi deyil. Beləki, ilin ikinci rübündən fond bazarında borc cəlb edib. “Falcon Finance” 2023-cü ilin aprelində Bakı Fond Birjasında 700 min manat dəyəri olan istiqrazları doqquz investora satıb. Bu istiqrazların illik ödəniş faizi 14% idi. 1 iyul 2023-cü il tarixinə şirkətin 4 milyon 316.5 min manat öhdəliyi var. İstiqraz öhdəliklərindən əlavə banklara 555.1 min manat kredit borcu var.
“Falcon Finance” BOKT-un səhmlərinin 50%-Tağıyev Vüsal Nizami oğluna, digər 50%-i isə Salmanova Brilyant Mirhəbib qızına məxsusdur.