9 C
Baku
Sunday, December 22, 2024

FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq – FOTO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Nazirlikdən verilən məlumatda bildirilib ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

“Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq”, məlumatda deyilir.

650d3a552a002650d3a552a0031695365717650d3a552a000650d3a552a001 650d3a553c1bf650d3a553c1c01695365717650d3a553c1bc650d3a553c1be 650d3a5545ff3650d3a5545ff41695365717650d3a5545ff0650d3a5545ff1 650d3a5554cbd650d3a5554cbe1695365717650d3a5554cba650d3a5554cbc

MənbəApa
Son xəbərlər
Digər xəbərlər