Çin və Suriya arasında strateji tərəfdaşlıq yaradılır.
Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Suriya Prezident Bəşər Əsədlə görüşərkən deyib.
“Bu gün biz Çin-Suriya strateji tərəfdaşlığının yaradılmasını birgə elan edəcəyik. Bu ikitərəfli münasibətlərin tarixində mühüm mərhələ olacaq”, – Si Cinpin deyib.
Xatırladaq ki, Suriya Prezidenti Çində səfərdədir.