Oktyabrın 10-da “Əmlak Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Günaybank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, daşınar əmlakların ilkin satış qiyməti 25 min 75 manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac tarixinə bir iş günü qalanadək hərrac təşkilatçısına ödənilməlidir. Alış qiyməti 5 bank günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 563, Kazım Kazımzadə 123 (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz).