Sentyabrın 25-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş Konfransı 2023-cü il dekabrın əvvəlindən Rafael Mariano Qrossinin növbəti dörd il üçün agentliyin baş direktoru təyin edilməsini dəstəkləyib.
Konfransda Qrossinin Ukraynada nüvə təhlükəsizliyi və təhlükəsizliyin təmin edilməsi istiqamətində səyləri qeyd olunub.
Qeyd edək ki, Qrossi ilk mandatı 2 dekabr 2019-cu ildə başlayıb. Onun ikinci səlahiyyət müddəti bu il dekabrın 3-də başlayır və 2027-ci il dekabrın 2-dək davam edəcək. O, 1957-ci ildə AEBA-nın yaradılmasından sonra altıncı baş direktordur.