2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukraynaya əlavə hərbi yardım ayırmağı planlaşdırır

ABŞ Kiyevin ehtiyaclarını nəzərə alaraq Ukraynaya əlavə hərbi yardımlar göndərməyə davam edir.

Bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbi Bloomberg agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, zaman keçdikcə döyüşlərin xarakteri dəyişir və ABŞ bütün diqqətini hazırda Kiyevə daha çox ehtiyac duyulan silahların tədarükünə yönəldib. Con Kirbi, həmçinin gələcək tədarüklərlə bağlı Ukrayna ilə danışıqların davam etdiyini bildirib.

Ağ evin nümayəndəsi Ukraynaya ATACMS taktiki raketlərin mümkün tədarükü ilə bağlı suala cavab verməkdən yayınıb.

NBC telekanalının məlumatına görə, ötən həftə Cozef Bayden Volodimir Zelenskiyə Vaşinqtonun Kiyevə ATACMS taktiki raketlərin kiçik partiyasını göndərəcəyini vəd edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər