Bir çox texnoloji sahələrdə aparıcı oyunçu olan “Microsoft” korporasiyası sentyabrın 30-dan sonra Rusiya şirkətləri üçün lisenziyaların yenilənməsini dayandıracaq.
“Microsoft” artıq Rusiyada göstərdiyi xidmətlər üçün alacağı ödənişi yerli banklar vasitəsilə qəbul edə bilməz.
Bu səbəbdən korporativ müştərilər sentyabrın 30-dan sonra mövcud abunəliklərini yeniləyə bilməyəcəklər.
Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Naziri Maksut Şadayev bildirib ki, şöbə bunun nə dərəcədə təsdiqlənmiş fakt olduğunu öyrənir. O qeyd edib ki, Rusiyada “Microsoft” proqram təminatına alternativ mövcuddur.