Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.
Bunu əraziyə təşkil olunmuş mediaturda “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
“Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək”, – deyə o qeyd edib.