14 C
Baku
Saturday, November 23, 2024

Avropa Parlamenti Türkiyəyə 400 mln. avroluq yardım ayırıb

Avropa Parlamenti Kahramanmaraşda baş vermiş zəlzələ ilə əlaqədər Türkiyəyə göndərəcəyi 400 milyon avroluq yardımı təsdiqləyib.

Bu barədə qurumdan bildirilib.

Qeyd edilib ki, parlamentarilərin 593-ü təklifin lehinə səs verib. 11 nəfər isə layihəyə qarşı çıxıb.

Qeyd edək ki, Avropa Parlamentinin müvafiq komitəsi layihəni sentyabrın 20-də təsdiqləmişdi.

Xatırladaq ki, bu il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər həlak olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. Hər iki zəlzələ Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya, onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər